Ölkə 12:00 03.03.2014

Dövlət Pedoqoji Kollecində dövlət atributlarımıza hörmətsizlik - VİDEO

Üzərində bayraq, gerb və himnin sözləri əks olunmuş guşə ayaqlar altına atılıb

Bakının mərkəzi küçələrindən birində qərarlaşmış Azərbaycan Dövlət Pedoqoji Kollecində biabırçı hadisə yaşanıb. JAM.AZ xəbər verir ki, kollecin qarşısında dövlət rəmzləri əks olunmuş guşə elə təhsil ocağının qarşısında, ayaqlar altına atılıb. 

Bildirək ki, üzərində bayraq, himnin sözləri, habelə gerb əks olunmuş guşənin ayaqlar altına atılması dövlət atributlarına hörmətsizlikdən başqa bir şey deyil. Qəribə hal odur ki, tələbələr belə bunu gördükləri halda heç bir əhəmiyyət verməyiblər. Kollec rəhbərliyinin dövlət atributlarına bu şəkildə hörmətsizliyinin səbəbi isə məlum deyil. 

Qaynar.info