Foto 11:19 20.05.2019

Dövlət qurumunun əməkdaşı itkin düşdü (FOTO)

Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi işləyən Ceyhun Qabil oğlu Bağırov mayın 17-dən itkin düşüb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə gəncin atası "Facebook” səhifəsində yazıb. O, naməlum səbəbdən itən oğlundan 2 gündür xəbər ala bilmədiklərini və polisə müraciət etdiyini qeyd edib.

Gəncə Şəhər Polis İdarəsində faktı təsdiqləyiblər.