Ölkə 16:20 20.05.2019

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qaynarinfo-nun xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O.Rzaquliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilib.