Ölkə 16:51 04.08.2015

“Döyürsən də, söyürsən də, xeyri yoxdur” - Ziya Məmmədovun sözçüsü

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovun "Yeri gəlmişkən" verilişində səsləndirdiyi ifadələr sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

"Qafqazinfo" a24.az-a istinadən xəbər verir ki, nazirliyin sözçüsü taksi sürücüləri ilə bağlı dediyi sözlər qalmaqal yaradıb:

“İnşaatçılar metrostansiyanın yaxınlığındakı çıxışda hər gün mən o eybəcər vəziyyəti görürəm. Taksilər qeyri-qanuni olaraq avtobus dayanacağını zəbt edirlər. Gəlirsən, onları döyürsən də, söyürsən də, xeyri yoxdur. Bizi də öz səviyyələrinə endirirlər. Hansı ki, qeyri-qanuni. Orda maşınlar bir-birilərinin üstünə miniblər, piyadalar isə onların önündən keçirlər”.

Qaynar.info