Maqazin 22:15 07.09.2018

Ebru Gündəşin Bakı konsertinin qiyməti - 800 manat...

Türkiyənin məşhur müğənnisi Ebru Gündəş Bakıda solo konsert ilə çıxış edəcək.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, noyabrın 3-də Heydər Əliyev Sarayında səhnəyə çıxacaq sənətçinin konsertinin bilet qiymətləri məlum olub. Gündəş köhnə və yeni mahnılarından ibarət repertuarını təqdim edəcək.

Satışa çıxarılan biletlərin qiyməti 80-800 manat arasında dəyişir.