Dünya 13:45 02.11.2019

Ebru Poladdan Kadir İnanırla bağlı sensasiyalı iddia

"Bu sözləri ilk dəfə deyirəm. Kadir İnanır mənim doğma əmim çıxa bilər". 

Qaynarinfo xəbər verir ki, bu sözləri daim öz açıqlamaları ilə gündəmə gələn Ebru Polad "Kanal D"də yayımlanan Mügə və Gülşənlə "2-ci səhifə” proqramında Kadir İnanır haqda bir xəbəri izlədikdən sonra deyib. 

Polat İnanırla yaxın qohum olduğuna inandığını bildirib:

"Nənəm əri ilə problemləri olduğu üçün 3 övladını uşaq evinə verib. Sonra vəziyyəti düzələndə uşaqlarını geri qaytarmaq istəyib, ancaq ən böyük uşağının övladlığa verildiyini öyrənib. Kadir İnanırla atam bir-birinə inanılmaz dərəcədə oxşayırlar. Nənəm mənə illərlə Kadirin əmim olduğunu deyib”.  

"Kadir İnanırı uzaqdan görəndə mənə kişi nəzərləriylə deyil, çox şirin-şirin baxır. Bəlkə də onun ürəyinə damır nəsə? 12 ildir sənətdəyəm, ilk dəfə belə bir şeyi dilə gətirirəm. Görəsən gerçəkdən əmimdirmi, deyə düşünürəm”, - gənc müğənni əlavə edib.

Alpər