Ölkə 13:34 14.06.2019

Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat etdi

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə keçmiş baş nazir Pənah Hüseyn məlumat yayıb. 
 
"Çox ağır xəbər aldım. Ə. Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. Allah rəhmət eləsin”.
 
Mərhumun kürəkəni Aqil Səmədbəyli "Report"a açıqlamasında deyib ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib.

O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: "Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi".

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib.