Sənət 20:49 30.01.2015

Əbülfəz Qarayev xalq artistini belə təbrik etdi

Dövlət Musiqili Teatrının aktrisası, xalq artisti, Prezident təqaüdçüsü Fatma Yaqub qızı Mahmudova  60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. 
Publika.az-a bu barədə nazirlikdən məlumat verilib.
 
1968-ci ildə Ağdam Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlamış F.Mahmudova burada çalışdığı müddət ərzində bir çox özünəməxsus obrazlar yaradıb.
 
Sənətdə qazandığı uğurlara görə F.Mahmudova 1989-cu ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Ömrünün 46 ilini sənətə həsr etmiş Fatma Mahmudovanı Mədəniyyət və Turizm Nazirliyinin kollektivi təbrik edib və ona yaradıcılıq fəaliyyətində uğurlar arzu edib.



Qaynar.info