Dünya 11:57 15.08.2018

"Çeburaşka" obrazını yaradan yazıçı dünyasını dəyişdi

Məşhur rus yazıçısı Eduard Nikolayeviç Uspenski dünyasını dəyişib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə onun qızı İrina məlumat verib. 80 yaşlı yazıçıya xərçəng diaqnozu qoyulmuşdu. 

Xüsusilə uşaq yazıçısı kimi tanınan Uspenski məşhur "Çeburaşka" obrazının yaradıcısı kimi ad çıxarıb. O, həmçinin "Timsah Gena və onun dostları", "Fedya dayı, onun iti və pişiyi" və s. əsərləri ilə də məşhur idi.

Gülşən