İdman 14:32 21.10.2018

Eden Hazarda fantastik müqavilə təklifi

Adı tez-tez "Real"la yanaşı çəkilən Eden Hazardı heyətdə saxlamaq istəyən "Çelsi" hərəkətə keçir.

Qayanrinfo "Express"ə istinadən xəbər verir ki, belçikalı ulduzu itirmək istəməyən London klubu ona 2020-ci ildə başa çatacaq müqaviləsini yeniləmək üçün fantastik təklif irəli sürməyə hazırlaşır. İddialara görə, "Çelsi" Hazarda həftəlik 396 min avro maşa təklif etmək niyyətindədi. Bu isə illik 20,5 milyon avro deməkdi.

Futbolçu bu təklifi qəbul etsə, İngiltərə Premyer Liqasının ən çox qazanan futbolçusu olacaq.