Ölkə 11:22 17.02.2016

Ədliyyə nazirinə yeni müavin təyin edildi - Sərəncam

Naxçıvan Muxtar Respublikasının (MR) Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub.

Report  xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan MR ədliyyə nazirinin müavini təyin edilib.

Xatırladaq ki, keçən ay Elnur İsmayılov Naxçıvan ədliyyə nazirinin müavini vəzifəsindən azad edildikdən sonra bu vəzifə vakant idi.

Qaynar.info