Dünya 10:20 23.06.2019

Efiopiyada hərbi çevriliş cəhdi: ölənlər və yaralananlar var

Efiopiyada hərbi çevrilişə cəhd edilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə baş nazir Abiy Əhməd məlumat verib. Amhara regionunda baş verən hadisə zamanı ölən və yaralananlar olub. Baş Qərargah rəisi Seare Mekonnen qiyamçıların hücumuna məruz qalıb və güllə yarası alıb. Məlumata görə, cəhdin qarşısı alınıb.

Qeyd edək ki, Abiy Əhməd ötən il baş nazir seçilib. A. Əhməd hakimiyyətə gələndən bəri siyasi məhbusları azadlığa buraxması, siyasi partiyalara qoyulan qadağaların ləğvi və insan haqlarının müdafiəsi istiqamətində addımları ilə bilinir. Lakin bu dövr ərzində Efiopiyada etnik qarşıdurmalar daha da şiddətlənib və 2,4 milyon insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.

Gülşən