Ölkə 19:55 21.12.2018

Prezident Əfqan Hacıyevə yeni vəzifə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini vəzifəsinə təyinat olub.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əfqan Niyətulla oğlu Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini təyin edilib. 

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.