İdman 13:55 14.01.2019

Əfqan Həmzəyevə yeni vəzifə verildi

Beynəlxalq Tələbə Futbol Birliyinin İdarə Heyətinin son iclasında qurumun icraçı katibi postuna azərbaycanlı idman mütəxəssisi Əfqan Həmzəyevin namizədliyi irəli sürülüb. 

Qaynarinfo xəbər verir ki, İdarə heyətinin yekdil qərarı ilə Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol Birliyinin BTFB (ISFU) icraçı katibi seçilib.

Qeyd edək ki, Əfqan Həmzəyev 7 Fevral 1974-cü ildə Qax rayonunda anadan olub. 1995-ci ildə BDU-nun Filologiya fakültəsini bitirib və 2001-ci ildən futbol hakimi kimi fəaliyyətə başlayıb. O, Azərbaycan Premyer Liqasında, habelə Türkiyə, Belarus, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq futbol yarışlarında hakimlik edib. Əfqan Həmzəyev 2009-cu ildən Çimərlik Futbolu üzrə FİFA hakimi olaraq fəaliyyət göstərib. Hazırda Dünya Minifutbol Federasiyasının hakimlər komitəsinin üzvüdür.