Dünya 13:55 20.08.2019

Əfqanıstanda 14 partlayış: 100-dən çox yaralı var

Əfqanıstanın Cəlalabad şəhərində ölkə müstəqilliyinin 100 illiyi münasibətilə keçirilən tədbirlərdə 14 partlayış törədilib.

Qaynarinfo xəbər verir ki, şəhərin cənubundakı meydan, restoran və bazar ərazisindəki partlayışlarda 100-dən çox insan xəsarət alıb. 

Terror aktlarını öz üzərinə götürən olmayıb. 

Qeyd edək ki, ötən şənbə paytaxt Kabildə baş tutan terror aktı nəticəsində 63 nəfər ölmüş, 180-dən çox insan yaralanmışdı.

Gülşən