Dünya 13:47 31.01.2018

Əfqanıstanda 6,1 bal gücündə zəlzələ

Əfqanıstanda 6,1 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo New Delhi Tv-yə istinadən xəbər verir ki, zəlzələ Hindistanın paytaxtı Delhidə, Həryana, Pəncab, Cammu və Kəşmirdə də hiss edilib. Pakistanda da hiss edilən zəlzələ Əfqanıstanın Tacikistanla sərhəddində Hindiquş dağlarında baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi təkanın 191 km dərinlikdə olması barədə məlumat yayıb. 

Zəlzələ nəticəsində Pakistan Bəlucistanında 1 nəfər ölüb, 9 nəfər yaralanıb. 

Gülşən