Dünya 17:25 13.05.2019

Əfsanəvi aktrisa Doris Dey vəfat etdi

Əfsanəvi amerikalı aktrisa, müğənni Doris Dey 97 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, aktrisa Kaliforniyada yerləşən evində gözlərini həyata yumub. Ölüm səbəbi kimi pnevmaniya göstərilib. 

Doris Dey kariyerası ərzində bir çox ekran əsərində çıxış edib. O, 1950-1960-cı illərdə şöhrət qazanıb. Aktrisa "Pillow Talk", "Calamity Jane", "The Man Who Knew Too Much", "Move Over, Darling", "Love Me or Leave Me" və s. filmləri, "Sentimental Journey" mahnısı ilə uğur qazanıb.

Qeyd edək ki, Doris Dey kariyerasını bitirəndən sonra mediadan kənar həyat yaşayıb. O, sonuncu dəfə 1989-cu ildə "Qızıl Qlobus" mükafatını alan zaman mediada görünüb.

Gülşən