Əfsanəvi basketbolçunun ayaqqabıları hərraca çıxarılacaq

Əfsanəvi basketbolçunun ayaqqabıları hərraca çıxarılacaq

Dünya basketbolunun əfsanəsi Maykl Cordanın NBA-akı ilk mövsümdə geyindiyi ayaqqabılar hərraca çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, basketbolçunun adını daşıyan "Cordan" ayaqqabılarının ən azı 1 - 1,5 milyon dollara satılacağı gözlənilir. 48 ölçüdə olan, "Nike" şirkətinin istehsal etdiyi ayaqqabıları məşhur basketbolçu 1984-1985-ci illərdə karyerasının beşinci matçında geyinmişdi. 

Ən bahalı ayaqqabı rekordu da elə məhz Cordana məxsusdur. Belə ki, əfsanənin 1985-ci ildə geyindiyi ayaqqabılar 600 min dollara satılmışdı.
 


Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X