Azərbaycanda qaz limiti qismən artırıldı

Azərbaycanda qaz limiti qismən artırıldı

Azərbaycanda təbii qazın istifadə limiti artırılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin yaxşılaşdırılması baxımından mavi qazın illik satış tarifi 1700 kub metrdən 2200 kub metrədək yüksəldilib:

"1,5 milyon abonent və ya 6 milyon nəfər güzəştli tariflərdən istifadə edirdi. Mövcud qərara əsasən, 300 min abonent də bu imkanlardan yararlanacaq. Bu da təxminən 1 milyon 200 min nəfər edir. Əvvəlki rejimdə abonentlərin 70 faizi güzəştli tariflərdən istifadə edirdisə, bu gündən etibarən 85% abonent bu güzəştlərdən istifadə edəcək".

Nazirin sözlərinə görə, istehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq.

Qərar sabahdan qüvvəyə minəcək.

Qeyd edək ki, 2016-ci ildə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.
XƏBƏRLƏR
BLOGLAR