Ölkə 13:55 14.08.2017

Əhməd Ələndəvi: "Şadam ki, bu konfrans Azərbaycanda keçirilir"

“Hazırkı konfrans skautinqin tarixində vacib yer tutur. Azərbaycanda keçirilən bu konfrans Avrasiya regionunda bir ilkdir və bütün Dünya Skaut Təşkilatlarından qatılan rekord sayta iştirakçılarla tarixə düşüb”.

Oxu.az xəbər verir ki, bunu Ümumdünya Skaut Hərəkatının baş katibi Əhməd Ələndəvi Azərbaycanda - Qəbələdə keçirilmiş 13-cü Ümumdünya Gənc Skautlar Forumu və bu gün start götürən 41-ci Ümumdünya Skaut Konfransı haqqında deyib.

Əhməd Ələndəvi Azərbaycan dövlətinə, Azərbaycan Skautlar Assosasiyasına və Azərbaycan xalqına qonaqları isti qarşıladığına görə xüsusi minnətdarlağımı bildirib: “Buna əsasən, konfrans iştirakçıları nəinki skaut hərəkatının inkişafını izləyəcək, həmçinin Dünya Skaut Hərəkatının beynəlxalq aləmdə əsas gənclərin təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcəklər. 

Hesab edirəm ki, bu konfrans imkan verəcək ki, bütün milli, regional və qlobal skaut təşkilatlarının liderləri bir yerdə toplaşaraq təşkilatın əsas konsepsiyası olan "Baxış – 2023" layihəsini daha da inkişaf etdirəcəklər. Bu layihə 2023-cü ilədək Dünyada skautların sayının 200 milyona çatdırılmasını nəzərdə tutur.

Mən bir neçə dəfə Bakıda olmuşam. Hər dəfə də bu xalqın qonaqpərvərliyindən aldığım təəsüratlarla qayıdıram. Mən şadam ki, konfrans Azərbaycanda - Odlar Yurdunda keçirilir. Bu da konfrans iştirakçılarına müzakirələr üçün əlavə enerji verəcək. 

Mən forum və konfransın yüksək səviyyədə təşkil olunmasına görə, Azərbaycan dövlətinə, Azərbaycan Skautlar Assosasiyasına və Azərbaycan xalqına qonaqları belə isti qarşıladığına görə xüsusi minnətdarlığımı bildirirəm.

Biz harada olsaq, istər Qəbələdə forum zamanı, istərsə sərginin açılışı zamanı azərbaycanlıların isti münasibətindən aldığımız təəsürat bizi heyran edir. 

Xüsusuilə qeyd etmək istəyirəm ki, konfransın keçirildiyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi arxitekturanın şedevr nümunəsidir, bu da öz növbəsində keçirilən tədbirlərin uğuruna yüksək əhval-ruhiyyə qatır. Mən şadam ki, bu konfrans Azərbaycanda keçirilir!”

Qaynarinfo.Az