Əkrəm Əylisli: “Mən hələ də anlaya bilmirəm...”

Əkrəm Əylisli: “Mən hələ də anlaya bilmirəm...”

“Əvvəlki Ziyalılar Forumu olmayacaq. Birincisi, Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmadan əvvəlki Ziyalılar Forumu olmayacaq.

İkincisi, hətta Rüstəm İbrahimbəyov Azərbaycana qayıtsa, desə ki, yenidən Ziyalılar Forumunu yaradır və siyasətlə məşğul olmayacaq, buna inanan adam çətin tapılar. Həmin ziyalılar yenidən onun ətrafında cəmləşəcəklərmi? O halda gərək Rüstəm İbrahimbəyov desin ki, siyasi fəaliyyətində tamamilə səhv edib”.

Bunu APA-ya açıqlamasında Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisli söyləyib.

 Ə. Əylisli bildirib ki, Ziyalılar Forumundakı insanlar Rüstəm İbrahimbəyovun avtoritetinin ətrafına yığışmışdılar, çünki məşhur dramaturq və kinorejissorun, Azərbaycan mühitindəki bu təzə adamın ictimai fəaliyyətinin necə olacağını bilmirdilər. Onun sözlərinə görə, R. İbrahimbəyovun İçərişəhərdəki evinin Ziyalılar Forumunun toplantılarının keçirilməsi üçün əlverişli olması da şərt idi: “Ancaq mən hələ də dəqiq anlaya bilmirəm ki, seçkilərdə fəal şəkildə siyasətə daxil olmaq Rüstəm İbrahimbəyovun nəyinə lazım idi. Çünki Ziyalılar Forumu bir qurum olaraq çox səmimi idi. Söz yox ki, ziyalı siyasətçidən xeyli səmimidir. Ziyalılar Forumundakı səmimiyyəti cəmiyyətin saflaşmasına və sağlamlaşmasına sərf etmək mümkün idi. İctimai həyatda zor heç vaxt heç nəyim həll etmir. Ziyalılar zorsuz-filansız müəyyən məsəlləri orta qoyub, fikrini deyə bilər”.

 Ə. Əylisli qeyd edib ki, siyasətlə ziyalılar arasında sərhəd olmasının vacibliyi barədə Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin fikri ilə razılaşır: “Siyasi müxalifət yeni hakimiyyət qurmaq niyyəti ilə fəaliyyət göstərir. Ziyalılar Forumunun hakimiyyəti dəyişmək yox, hakimiyyətdə və cəmiyyətdə olan nöqsanları hakimiyyətin diqqətinə çatdırmaq üçün fəaliyyət göstərəcəkdi. Yəni ilkin dövrdə ortaya qoyduğu məqsəd aydın və işıqlı idi. Bu sərhəd qorunmadı. Ancaq mən o fikirdə deyiləm ki, Rüstəm İbrahimbəyov olmasa, Azərbaycanda başqa Ziyalılar Forumu ola bilməz. Buna ehtiyac var. Yeni Ziyalılar Forumu olacaqsa, hansı təşkilati şəkil ala bilər, bunu bilmirəm. Ona görə də Ziyalılar Forumunun yenidən yaranması üçün xeyli iş aparılmalı, insanlar dönə-dönə yığışıb söhbət etməlidir. Ola bilsin ki, Ziyalılar Forumunun Rəyasət Heyətində dəyişikliklər olsun, Rəyasət Heyəti təzələnsin”.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR