Dünya 14:56 07.06.2019

Əkrəm İmamoğlu-Binəli Yıldırım debatını yayımlayacaq kanal açıqlandı

 
İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım və Əkrəm İmamoğlu arasında debatın yayımlanacağı kanal müəyyənləşib. 

Qaynarinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, debat TRT-nin efirində baş tutacaq. Görüşün günü və saatı 10 iyunda bilinəcək. 

Qeyd edək ki, 23 iyunda İstanbul Bələdiyyə sədrliyinə 2-ci dəfə seçki keçiriləcək.

Gülşən