Dünya 16:52 07.05.2019

Əkrəm İmamoğlunu əvəzləyəcək şəxsin adı açıqlandı

İstanbul bələdiyyə sədri vəzifəsini 23 iyuna qədər şəhər valisi Əli Yerliqaya icra edəcək.

Qaynarinfo xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi bu barədə qərar qəbul edib. 31 martda keçirilən ilk seçkilərin qalibi Cümhuriyyət və Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna 17 apreldə verilən mandat etibarsız elan edilib və onun yerinə Yerliqaya qəyyum təyin edilib.

Qeyd edək ki, seçkilərin İstanbul üzrə nəticəsi ləğv edilib və 23 iyuna 2-ci seçki təyin edilib.

Gülşən