Sağlamlıq 18:04 21.05.2020

Ekspert pandemiyaya görə alkoqolizmin artacağını proqnozlaşdırdı

Pandemiya zamanı rusiyalıların alkoqol asılılığının artacağı gözlənilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a "Dağlarda Ümid Evi" adlı narkomaniya reabilitasiya xeyriyyə mərkəzinin direktoru Svetlana Moiseyeva keçirdiyi mətbuat konfransında bildirib.

Onun dediyinə görə, artan stress səviyyəsi göstəricilərin böyüməsinə təsir göstərə bilər, alkoqol isə məhz çox vaxt narahatlığa qarşı istifadə edilir.

"Bütün dünyada olmasa da, bu, Rusiyada bir vərdişdir. Risk zonasında yerləşən, alkoqolizmdən əziyyət çəkən insanların vəziyyəti, yumşaq desək, heç də xoş deyil. Bir həftə əvvəl, bir az sonra, bir ay sonra, amma mənim fikrimcə, göstəricilərin sıçrayışı gözləbiləndir”, - Moiseyeva deyib.

Şəhər Narkoloji Xəstəxanasının baş həkimin müavini Yelena Kurkova tərəfindən başqa bir fikir də ifadə edilib. Onun sözlərinə görə, Sankt-Peterburqda aprel ayında narkoloji yardım üçün müraciətlərin və kəskin alkoqol zəhərlənməsi olan xəstələrin sayı azalıb.

Buna cavab olaraq Moiseyeva rəqəmləri izah etməyə çalışaraq, öz fikirlərini təqdim edib.

"Dörd divar arasında otururlar. İnsanlar koronavirusa yoluxmaqdan qorxurlar, buna görə tibb müəssisələrinə daha az müraciət edirlər", - reabilitasiya mərkəzinin nümayəndəsi bildirib.

Bundan əvvəl Federasiya Şurası və Səhiyyə Nazirliyi spirtli içkilərin satışının minimum yaşının 18-dən 21 yaşa qaldırılmasını təklif edib. Təşəbbüs, pandemiya zamanı rusların immunitetinin qorunması zərurəti ilə əlaqələndirilib.
 
Alpər