Ekonomiks 18:50 11.03.2020

Ekspert Rusiya iqtisadiyyatının tamamilə çökə biləcəyindən danışdı

"BKS Premier”in baş analitiki Anton Pokatoviç AKRA analitik kredit reytinq agentliyinin mümkün maliyyə böhranının yaxınlaşması ilə bağlı açıqlamasına münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, AKRA-nın verdiyi açıqlamaya görə, Rusiyada maliyyə stres indeksi 3.1 bala, sistemin böhrana keçid sərhədi isə 2,5 bala çatıb.

Pokatoviçin sözlərinə görə, Rusiya iqtisadiyyatındakı tənəzzül riskləri son günlər xüsusilə artıb. Bununla belə o, irimiqyaslı maliyyə böhranının yaxınlaşmasından danışmağın hələ tez olduğunu vurğulayıb.

Pokatoviç qeyd edib ki, Rusiya iqtisadiyyatı üçün ən böyük təhdid neftin qiymətinin əhəmiyyətli dərəcədə düşməsi, koronavirus amilinin inkişafı və onun qlobal iqtisadiyyata təsiridir.

Onun sözlərinə görə, neft bazarı sabitliyini itirərsə və koronavirus səbəbiylə dünya iqtisadiyyatının artımı 2%-dən aşağı olarsa, onda 2020-ci ildə Rusiya iqtisadiyyatı 0.3-0.8% azalma ilə üzləşməli olacaq.

Bununla yanaşı, o qeyd edib ki, əgər neftin qiymətləri uzun müddət bir barel üçün 20-25 dollara düşsə və dollar 83-85 rubla qədər ensə, Rusiya iqtisadiyyatında böhran ehtimalı xeyli artmış olacaq.

"Bu il Rusiya iqtisadiyyatında 1,5-2,5% azalmanı isə tam böhran hesab etmək olar", - deyə ekspert bildirib.
 
Alpər