Xəbər lenti

Ekvador prezidenti ABŞ və Avropadan hərbi dəstək istədi
Dünya 18:25 19.03.2025

Ekvador prezidenti ABŞ və Avropadan hərbi dəstək istədi

Ekvador prezidenti Daniel Noboa ölkədə artan cinayətkar dəstələrlə mübarizə aparmaq üçün ABŞ, Braziliya və Avropadan hərbi yardım tələb edib. 

Qaynarinfo-nun məlumatına görə, Noboa bildirib ki, dünyada kokainin 70%-i Ekvador vasitəsilə yayılır və bu problemin həlli üçün ABŞ prezidenti Donald Trampdan Ekvadorlu cinayətkar qrupları "terror təşkilatları" kimi tanımasını istəyib.

BBC-yə verdiyi müsahibədə Noboa "beynəlxalq narkoterrorçular" adlandırdığı cinayətkar qruplara qarşı daha çox hərbçiyə ehtiyac duyulduğunu vurğulayıb.

Ekvador lideri narkotiklə mübarizə çərçivəsində sabiq dəniz komandosu və "Blackwater" özəl təhlükəsizlik şirkətinin qurucusu Erik Prins ilə əməkdaşlıq edə biləcəklərini qeyd edib. Onun sözlərinə görə, bu tərəfdaşlıq yerli təhlükəsizlik qüvvələrinə dəstək verəcək, lakin Ekvador qanunlarına tam uyğun şəkildə həyata keçiriləcək.

Bununla yanaşı Noboa ABŞ, Avropa və Braziliyadan gələcək hərbi yardımın prosesə daha çox kömək edəcəyini bildirib: "Son beş ildə cinayətkar qruplar hər cür insan hüququ pozuntusuna yol verib".

Cənubi Amerika ölkəsi Ekvador son illərdə narkotik kartellərinin təsiri ilə artan zorakılıq dalğası ilə mübarizə aparır. Son dövrlərdə qətl, qarət, hədə-qorxu, adam oğurluğu və hətta siyasi partiya namizədlərinə qarşı hücumlar sürətlə artıb. Bu problemlər Ekvador hökumətinin həll etməli olduğu ən ciddi məsələlərdən biri kimi qiymətləndirilir. Prezident Noboa qeyd edib ki, seçkilər öncəsi ölkədə şiddətin artması adi haldır, lakin Ekvador bu problemi təkbaşına həll edə bilməz.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->