Xəbər lenti

Dünya 15:45 31.01.2024

Ekvador Rusiya hərbi texnikasını ABŞ-a ötürür

Ekvador prezidenti Daniel Noboa Moskvanın etirazına baxmayaraq, Rusiya hərbi texnikasını ABŞ-a verəcəyini bildirib. O, Ekvadorun "istənilən halda razılaşmanı davam etdirəcəyini” vurğulayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Ecuavisa” telekanalına müsahibəsində bildirib.

"Biz sübut etdik ki, bu, metal qırıntılarıdır və beynəlxalq müqavilələrə uyğun olaraq, hərbi texnika ötürülə bilməz, lakin oxşar metal qırıntıları verilə bilər", - deyə Ekvador prezidenti bildirib. 

Xatırladaq ki, Ekvador prezidenti bu barədə planlarını yanvarın 11-də açıqlayıb. Ehtimal edilir ki, ölkə ABŞ-a Rusiya və Ukrayna istehsalı olan hərbi texnika verəcək və bunun müqabilində 200 milyon dollar dəyərində yeni texnika alacaq. Rusiya Hərbi-texniki əməkdaşlıq üzrə federal xidməti bunun ikitərəfli münasibətlərdə mənfi nəticələrə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edib. Rusiya səfiri Vladimir Sprinçan bildirib ki, Moskva hərbi texnikanın Vaşinqtona təhvil verilməsini dostluq ruhuna zidd addım kimi qiymətləndirəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->