Dünya 10:49 19.03.2023

Ekvadorda 6,9 bal gücündə zəlzələ: Dağıntılar və ölənlər var

Şənbə günü Ekvadorda 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

Zəlzələ nəticəsində 13 nəfər həlak olub. 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.

Xəsarət alan insanların sayının 126-ya çatdığı bildirilir.