Xəbər lenti

Dünya 12:18 17.12.2023

Ekvadorda Britaniyanın fəxri konsulu qaçırıldı

Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq Ekvadorda naməlum şəxslər tərəfindən qaçırılıb. 

Qaynarinfo xəvər verir ki, bu barədə "El Universo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü, dekabrın 16-da Los Rios əyalətində səhər tezdən baş verib. Nəşr qeyd edir ki, konsulla birlikdə Kolumbiya vətəndaşı olan başqa bir şəxsin də yoxa çıxdığını iddia edilir.

Ekvador polisinin ixtisaslaşmış bölmələri öz sosial şəbəkələrində bununla bağlı məlumat yayıblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->