Dünya 09:51 24.10.2018

"Əl Qaidə"nin əsir aldığı jurnalist azadlıqdadır

3 il əvvəl Suriyada Əl Qaidə tərəfindən əsir alınan yapon jurnalist Jumpei Yashuda azad edilib.

Qaynarinfo xəbər verir ki, həmin şəxs hazırda Türkiyənin Antakya ərazisində miqrant bürosundadır və Yashuda olması ehtimalı yüksəkdir. Məsələ ilə bağlı Yashudanın həyat yoldaşına da məlumat verilib. 

Qeyd edək ki, 44 yaşlı yapon jurnalist 2015-ci ildə Türkiyədən qeyri-qanuni yollarla Suriyaya keçmiş, orada Əl Qaidə tərəfindən əsir alınmışdı. Terror təşkilatı jurnalistin azad edilməsi üçün 10 milyon dollar tələb etmiş, Yaponiya bu təklifi rədd etmişdi.

Gülşən