El Salvador Venesuela diplomatlarını ölkədən qovdu
El Salvador Venesuelalı diplomatları ölkədən xaric etmək barədə qərar çıxarıb.
Qaynarinfo xəbər verir ki, diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. El Salvador prezidenti Nayib Bukele bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Ölkə prezidenti Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hökumətinin legitimliyini tanımadığını bəyan edib və rəsmi Karakası insan haqlarını kobud şəkildə pozmaqda günahlandırıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər