Xəbər lenti

Elçibəyin ailəsi Hafiz Hacıyevi məhkəməyə verəcək
Ölkə 17:37 10.01.2013

Elçibəyin ailəsi Hafiz Hacıyevi məhkəməyə verəcək

Ailəsi Elçibəyin qəbrinin açılmasına icazə verməyəcək

Eks prezident Əbülfəz Elçibəyin ailəsi mərhumun zəhərlənməsi ilə bağlı məsələ qaldıran şəxsləri, eləcə də müasir müsavat partiyasının sədri Hafiz Hacıyevi məhkəməyə verməyə hazırlaşır. Bu barədə ANS-ə Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev məlumat verib.

Onun sözlərinə görə, ailəsi Elçibəyin qəbrinin açılmasına icazə verməyəcək və Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılmış cinayət işi dayandırılmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva eks prezidentin zəhərlənməsi iddiası üzrə başlanmış cinayət işi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar ifadə verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->