Siyasət 20:43 29.07.2013

Elçibəyin qardaşı oğlu partiya yaradır

“Vahid  Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, qurum yaxın aylarda növbəti qurultayını keçirməyi və bundan sonra siyasi təşkilat kimi fəaliyyət göstərməyi qərarlaşdırıb.

Teleqraf.com-a daxil olan informasiyada qeyd olunur ki, milli məfkurə daşıyıcıları faktiki olaraq siyasi arenada təşkilatlanmamış durumdadır və elan olunacaq siyasi hərəkatın da əsas məqsədi həmin milli qüvvələri vahid güc mərkəzində toplamaqdır. Bu məqsədlə təşkilat Elçibəyçi milli qüvvələri öz ətrafında birləşdirməklə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda ikinci Milli-Azadlıq hərəkatının reallaşmasını qarşısına məqsəd qoyub.
 
Elan olunacaq siyasi təşkilatın əsas məqsədi ölkədə və cəmiyyətdə milli ideyalara sahib çıxmaq, milli birliyə nail olmaq yönündə fəaliyyət göstərməkdir. Bir sıra nüfuzlu ictimai-siyasi xadimlərin də yer alacağı siyasi hərəkatın qurultayının sentyabr ayında keçiriləcəyi də qərarlaşdırılıb. Siyasi hərəkatın adı və konkret hədəfləri isə qurultayda açıqlanacaq.

Qaynar.info