Sənət 17:35 01.03.2019

Elçin Hüseynbəyli Azərbaycan Dillər Universitetində tələbələrin qonağı olub

Fevralın 28-də yazıçı-dramaturq, publicist Elçin Hüseynbəyli Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb. 

Qaynarinfo xəbər verir ki, tədbir Azərbaycan Respublikasi Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilib. 

"Kitabqurdu-BookWorm" layihəsi çərçivəsində  həyata keçirilən görüşü layihənin korrdinatoru Nigar İsmayılova açıb və yazıçı barədə ətraflı məlumat verib. 

Elçin Hüseynbəyli ədəbi proses barədə fikirlərini bildirəndən sonar tələbələrin suallarını cavablandırıb.

Tədbirin sonunda yazıçı öz kitablarını tələbələrə hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.