Sənət 14:25 14.04.2014

Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”ni dəyişdirdi - FOTO

Modern.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”nin Elçin Hüseynbəylinin baş redaktorluğu ilə ilk sayı nəşr olunub. 

Yeni sayda xalq yazıçıları Anar, Çingiz Abdullayev, şair Qulu Ağsəs və digər müəlliflərin yazıları yer alıb. E. Hüseynbəyli isə ilk səhifədə oxuculara müraciət xarakterli baş məqalə yazıb. 

“Sayğılı oxucular, həmkarlar, zəngin ənənəsi olan (el dilində desək, qədim-qayım) “Ədəbiyyat qəzeti”nin məsuliyyət yükü “altına girmək” hər oğulun işi deyil. İndiki zamanda qəzet elə bir gündədir ki, onu anlatmaq həm vaxt aparar, həm də kiminsə qəlbinə dəyə bilər. 

Bircə onu demək olar ki, atlant tək olmur. Ona kömək olmasa nəinki göy qübbəsini, heç qarğı kümü də (daxmanı da) saxlaya bilməz.

“Ədəbiyyat qəzeti”nin tarixində təlatümlü olaylar çox olub, amma burada çalışanlar və çap olunanların əksəriyyəti həmişə həqiqətin yanında olublar. Çalışacağıq ki, o nümunəvi ənənələri davam etdirək”.

Qaynar.info