Ölkə 14:52 04.04.2020

Elçin Quliyev prezidentin tapşırığı ilə "Samur" sərhəd buraxılış məntəqəsinə getdi

Prezident İl­ham Əliyevin tapşırığına əsasən Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də "Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, DSX rəisi Rusiya Federasiya­sın­dan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­müş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər veril­ib. 

Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliyyat vasitələrinə baxış keçirilib.