Xəbər lenti

Eldar Mahmudovun London mülkləri - Baş Prokurorluq sabah şərh verəcək
Ölkə 09:11 01.06.2020

Eldar Mahmudovun London mülkləri - Baş Prokurorluq sabah şərh verəcək

Keçmiş MTN naziri Eldar Mahmudovun övladlarının Londonda dəyəri 100 milyon funt sterlinqdən çox olan dəbdəbəli mülklərə sahiblik etməsilə bağlı məlumatlara Bakıdan reaksiya verilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə "BBC News Azərbaycanca”-ya deyib ki, bu məsələ ilə bağlı araşdırma aparılmalıdır.
 


"Görünür, nəzarətsizlikdən istifadə edərək belə hallar ortaya çıxıb. Məhz bunlara görə də o, zamanında vəzifədən götürüldü, indi də əməlləri araşdırılır. Səlahiyyətli orqanlar bu məsələni araşdırmalıdır və yəqin ki, bu məsələ ilə məşğul olurlar", deputat bildirib.

Eldar Mahmudovdan araşdırmadakı iddialara şərh almaq mümkün olmayıb.

Prezidentin sözçüsü Azər Qasımov "BBC News Azərbaycanca”-ya bildirib ki, onlar Prezidentin fəaliyyəti ilə bağlı məsələlərlə məşğul olduğundan, bu, ona aid məsələ deyil.

Baş Prokurorluq bu araşdırma ilə bağlı bu gün şərh verəcəyini bildirib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->