Ekonomiks 14:08 21.08.2013

Elektrik enerjisi istehsalı artıb

Bu ilin 7 ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 1 039,9 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
 
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə sahədə 0,1%-lik artım əldə edilib. Ölkədə 12,1 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub ki, onun 7,9%-i su elektrik stansiyalarının, 92,1%-i isə istilik elektrik stansiyalarının payına düşüb.
 
Elektrik və istilik enerjisinin istehsalı üçün müəssisələr tərəfindən 2 790,3 mln. kub metr və ya ötən ilin müvafiq dövrünə nisbətən 0,9% çox təbii qaz  istifadə edilib. Müəssisələr tərəfindən elektrik və istilik enerjisinin istehsalı üçün 1,4 min ton dizel yanacağı, 0,4 min ton mazutdan istifadə edilib. Qeyd edək ki, 1 kilovat saat elektrik enerjisi istehsalına neft ekvivalenti ilə 225,4 qram yanacaq məsrəf olub.
 
Ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,2 mlrd. kVt.saat elektrik enerjisi istehlak edilib.

Qaynar.info