Ekonomiks 11:34 03.08.2013

Elektrik qatarları qayıdır!

Bu layihə “Böyük Bakının Regional İnkişaf  Planı” çərçivəsində dayanıqlı nəqliyyatın reallaşdırılması istiqamətində nəzərdə tutulan təkliflər arasında yer alıb
 
Bu barədə “APA-Economics”ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
 
Şöbə müdirinin sözlərinə görə, Bakı Dəmir Yolu Vağzalında dəmir yolu relslərinin sayının azaldılması planlaşdırılır: “Bu vağzalın gələcəkdə elektrik və xüsusi qatarlar üçün fəaliyyət göstərməsini nəzərdə tuturuq. Əvvəllər Bakıda belə vağzal olub, təklif etdiyimiz plan əsasında onu bərpa etməyi planlaşdırırıq”.
 
Elektrik qatarları əvvəllər olduğu kimi, Bakı və Bakıətrafı qəsəbələrə hərəkət edəcək. Elektrik qatarlarının hərəkəti bir neçə il öncə dayandırılıb.
 
Qeyd edək ki, Bakıda yerüstü metrobusların da fəaliyyət göstərməsi planlaşdırılır.
 
Cahangir Qocayev bununla bağlı bildirib ki, yerüstü metrobusların işləməsi konkret ərazilərin müfəssəl planları işləndikdən sonra mümkün olacaq.


Qaynar.info