Maqazin 11:23 04.03.2015

Elgiz efirdə özünü apara bilmədi - VİDEO

Aparıcı Şəbnəm Tapdığın üstünə qışqırdı

Ötən gün “ANS”in “Adam içində” verilişində qalmaqallı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, proqramın aparıcı Elgiz Əkbərlə verilişə qonaq olan müğənni Şəbnəm Tapdıqla sözləri çəpləşib. Belə ki, Elgiz proqramda qonaq olan müğənni Şəbnəmin üstünə qışqırıb: “Siz indi burda bizə dərs keçmək istəyirsiz? Deyirəm ki. sizin iddia etdiyiniz adam burda olmalıdır. Siz məni özümdən çıxarırsınız”.
 
Müğənni isə aparıcıya “Heç mənim atam, o boyda xalq şairi mənə qışqırmır, sən də mənə qışqırma".
Video a24.az-a məxsusdur.

Qaynar.info