Maqazin 11:04 14.05.2015

Elgizin taleyi bəlli oldu

Azərbaycanın məşhur teleaparıcısı Elgiz Əkbərin hansı verilişdə efirə çıxacağı açıqlandı. 

Qaynar.info anspress-ə istinadən xəbər verir ki, "Adam içində" layihəsi bağlandıqdan sonra Xoşqədəm Baxşəliyevanın "Sən tək deyilsən" verilişində 1 gün efirə çıxan Elgizin efir taleyi artıq bəllidir. 

O, gələn həftənin ilk günündən efirdə olacaq. E.Əkbər "Günə baxan" layihəsinin aparıcısı qismində tamaşaçılar qarşısında olacaq. 

Hazırki aparıcı Kamran Həsənlinin gedişi ilə "Günə Baxan" layihəsində bəzi dəyişikliklər də gözlənilir. "Ola bilsin ki, "Mətbəx" rubrikasını təqdim edən Telli Hüseynova da layihədən uzaqlaşdırılsın. Amma bu məlumat hələ dəqiq deyil".  

Qaynar.info