Sənət 13:58 30.05.2014

Əli Əkbərin yeni romanı Almaniyada çap olundu - FOTO

Azərbaycanın tanımış yazarı Əli Əkbərin yeni romanı Almaniyada çap edilib.

Kult.Az
xəbər verir ki, Əli Əkbərin  "Die Kreuzung" (Yol ayrıcı) adlı romanı Avropada, nüfuzlu "KaMeRu" nəşriyyatımda, alman dilində işıq üzü görüb.

Romanın baş qəhrəmanı Əmir adlı Azərbaycanlı dissidentdir. Bir çox təzyiqlərə məruz qalandan sonra İsveçrənin Bakıdakı səfirliyinin dəstəyi ilə bu ölkəyə mühacirətə gedir.

Bundan sonra hadisələr sərt qaydalarla idarə olunan İsveçrədəki qaçqın düşərgəsində davam edir. Siyasi, psixoloji və avtobiqrafiq çalarlarla zəngin olan romanı nəşriyyat öz səhifəsində çox yüksək qiymətləndirir.

Yazıçının digər əsərlərinin də nəşr olunması nəzərdə tutulur.

Qaynar.info