Ölkə 16:16 23.10.2018

Əli Qafarov vəfat etdi

Tanınmış mətbuat işçisi, hərbi fotoqraf Əli Qafarov bu gün vəfat edib.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış hərbi jurnalist, istefada olan polkovnik İbrahim Rüstəmli məlumat yayıb.

Ahıl Jurnalistlər Məclisinin rəhbəri Məzahir Süleymanzadə isə başsağlığında mərhumun bu gün saat 15:00-da Qala qəbiristanlığında dəfn olunduğunu bildirib.

Qeyd edək ki, Əli Qafarov Qarabağ müharibəsinə, orda vuruşan özünümüdafiə batalyonlarına aid nadir fotoların müəllifi idi.

Allah rəhmət eləsin!