İdman 19:01 13.02.2014

Elikoya iş verildi

Ötən iliin 25 avqustunda "Xəzər Lənkəran" - "Neftçi" matçından sonra çıxan hadisələrdə təqsirli bilinərək haqqında həbs qətimkan tədbiri seçilən 7 azarkeşə hökm oxunub.

Redaksiyamıza daxil olan məlumatda azarkeşlərdən üçünün buraxıldığı qeyd olunsa da bu xəbəri dəqiqləşdirə bilmədik.

Lakin Eliko Ləzginçik kimi tanından Elman Tağıyev həmin 3-lükdə yoxdu. Məhkəmə onun haqda Cinayət Məcəlləsinin 221.3 maddəsinə (xuliqanlıq) əsasən 3 il həbs qərarı verib.

Hadisənin detalları barədə məlumat almaq üçün dünən Elikonun vəkili Əliheydər Hüseynovla əlaqə saxladıq. Hüseynov hadisəni təsdiqlədi. Sadəcə özünün prossesdə iştirak etmədiyini, ona görə də detallı məlumat verə bilməyəcəyini dedi. Məhkəmə qərarının surətini bir neçə günə götürəcəklərini və sonuncu prosseslə ordan tanış olacaqlarını əlavə eləyən vəkil yaxın 20 gün (hüquqi müddət) ərzində qərardan appelyasiya verəcəklərini də bildirdi./FutbolPress