Sənət 21:30 16.01.2020

Əlixan Səmədov Azərbaycandan niyə gedib?

Nəfəsli alətlərin tanınmış ifaçısı, Xalq artisti Əlixan Səmədov Bakıya gəlib.

Qaynarinfo xəbər verir ki, "Mtv Azərbaycan”a danışan sənətçi illər əvvəl vətəni tərk etməsinin səbəbini açıqlayıb:

"Təsadüf nəticəsində Türkiyədən dəvət etdilər. Konservatoriyada müəllim kimi işləməyə başladım. Getdikdən sonra dedim ki, "yox darıxacağam”. "Bu il, gələn il qayıdaram” deyə-deyə 30 il uçdu getdi. Ən böyük istəyim bütün dünyadakı gözəllikləri, Azərbaycana daşımaqdır. Deyirlər "orada niyə yaşayırsız?” Deyirəm ki, "əsas harada yaşadığın deyil, Azərbaycanı harada yaşatdığındır”. Hər şey vətən üçündür. Mənim də əlimdən bunlar gəlir”.