İdman 15:34 09.08.2018

Əliyar Ağayev Avroliqanın pley-off mərhələsində

FIFA referisi Əliyar Ağayev Avropa Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.

Qaynarinfo xəbər verir ki, Ağayev pley-off mərhələsi çərçivəsində "Yaqelloniya” (Polşa) – "Gent” (Belçika) cütünün qalibi ilə "Mariupol” (Ukrayna) – "Bordo” (Fransa) duelinin güclüsü arasında keçiriləcək ilk oyunun baş hakimi olacaq. 

Ona Rza MəmmədovZeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, pley-off mərhələinin ilk matçları avqustun 23-də keçiriləcək.