İdman 11:44 22.10.2018

Əliyar Ağayev Avropa Liqasının oyununda

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununa təyinat alıb.

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA referisi A qrupunda keçiriləcək "Sürix” (İsveçrə) – "Bayer” (Almaniya) oyununu idarə edəcək.

Onun köməkçiləri Zeynal ZeynalovRza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim HəsənovOrxan Məmmədov olacaq.

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək oyun Bakı vaxtı ilə 20.55-də başlayacaq.