İdman 13:48 16.11.2018

Əliyar Ağayev ilk dəfə Millətlər Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb.

Qaynarinfo xəbər verir ki, 31 yaşlı baş hakim B Liqasının IV qrupunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal ZeynalovRza Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim HəsənovOrxan Məmmədov olacaq.

Qeyd edək ki, noyabrın 19-da Orxus şəhərindəki "Ceres Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.