Siyasət 13:26 18.03.2015

Əliyevlə Ərdoğanın maraqlı fotosunun əsl səbəbi - VİDEO

Dünən Qarsda prezident İlham Əliyevin iştirakı ilə baş tutan Anadolu Məslək və Anadolu Texnik Liseyinin toplu açılış mərasimindəki protokol xətası Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın əsəbiləşməsinə səbəb olub. 

"Qafqazinfo" xəbər verir ki, həmin mərasimdən yayılan görüntülərdən məlum olur ki, açılışda Türkiyə himnindən sonra prezidentlər Azərbaycan himninin səsləndirilməsini gözləsələr də, prezident İlham Əliyevi  çıxış üçün tribunaya dəvət ediblər. 

Ərdoğan isə baş verən protokol xətasına çox əsəbiləşib və kadrlardan görünür ki, o, himni İlham Əliyevə telefonda dinlədib. Doğru olduğuna əmin olduqdan sonra Ərdoğan çıxışından əvvəl iştirakçıları Azərbaycan himnini dinləməyə çağırıb.

Qeyd edək ki, sözügedən mərasimdən çəkilən bu foto sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı. 

Qaynar.info