Dünya 17:27 22.09.2020

Elm adamları Yerə bənzər planetə “Pi” adı verdi

SPECULOOS teleskop sistemi ilə işləyən Amerika astrofizikləri Günəşdən 186 işıq ili məsafədə, EPIC 24963167 ulduzlar orbitinin ətrafında dövr edən K2-315b adlı bir planetin parametrlərini dəqiqləşdiriblər. 

Qaynarinfo xəbər verir ki, planetin özü Yerin ölçüsü ilə demək olar eynidir, parlaqlığı isə Günəşdən təxminən altı dəfə azdır. 

Bundan əlavə, elm adamları müəyyənləşdirib ki, K2-315b öz ulduz sistemi ətrafında 3.14 günə tam bir dövrə vurur. Bu müddət isə "pi" rəqəmini xatırladır.
Mütəxəssislər "Pi-Yer" adını o qədər uğurlu hesab edib ki, bu ad kosmik obyekt üzərində elmi məqalənin başlığı seçilib. 

Məqalə "Astronomical Journal”da dərc edilib.
 
Alpər